Fransa parlamentində Fələstin dövlətinin tanınması məsələsi müzakirə olunacaq

Fransa parlamentində Fələstin dövlətinin tanınması məsələsi müzakirə olunacaq
# 05 noyabr 2014 08:56 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Fransada iqtidarda olan Sosialist Partiyasından olan millət vəkilləri Fələstin dövlətinin rəsmən tanınması təşəbbüsü ilə çıxış edəcəklər.

APA-nın “France24” telekanalına istinadən verdiyi məlumata görə, Fransa parlamentariləri Fələstinin rəsmən tanınmasını Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində vacib addım kimi görürlər.

Fransa xarici işlər naziri Loran Fabiusun bu gün sözügedən təşəbbüslə çıxış edən deputatlarla görüşü nəzərdə tutulur.

Təşəbbüs yaxın zamanlarda Fransa parlamentində müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR