Azərbaycanın daxili işlər naziri İsraildə rəsmi səfərdədir

Azərbaycanın daxili işlər naziri İsraildə rəsmi səfərdədir
# 27 oktyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvəti ilə oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR