Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə illik məsləhətləşməyə başlayır

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə illik məsləhətləşməyə başlayır
# 27 oktyabr 2014 15:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin iyun ayında Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə IV Maddə üzrə illik məsləhətləşməyə başlayacaq.

APA-Economics” xəbər verir ki, bu barədə fondun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə missiya 2015-ci ilin iyun ayında Azərbaycana səfərə gələcək.

Qeyd edək ki, BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri R. Almarzoqi Azərbaycan hökuməti ilə fond mütəxəssislərinin ölkə üzrə proqnozlarının yenilənməsi üçün makroiqtisadi vəziyyət, iqtisadi proseslərin qiymətləndirilməsi və perspektivləri məsələlərini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR