Arvadını öldürən 74 yaşlı kişiyə hökm oxunub

Arvadını öldürən 74 yaşlı kişiyə hökm oxunub
# 27 noyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Layiq Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, L. Axundov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1940-cı il təvəllüdlü Layiq Axundov arvadı Lətifəni bıçaqlayaraq öldürüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR