Müsavat başqanının müavini: “AXCP rəhbərliyinin Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etməsi böhtandır”

Müsavat başqanının müavini: “AXCP rəhbərliyinin Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etməsi böhtandır”
# 27 oktyabr 2014 09:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP rəhbərliyində təmsil olunan şəxslərin Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etməsi böhtandır. Bu, həmin partiyaya yaraşmayan hərəkətdir”. Bu sözləri APA-ya açıqlamasında Müsavat başqanının yeni müavini Elman Fəttah Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərinin Müsavata qarşı ittihamlarına münasibət bildirərkən deyib. O bildirib ki, bir siyasi partiyanın rəhbərliyində təmsil olunan şəxsin başqa partiya haqqında böhtan xarakterli açıqlamalar verməsi çox pis haldır: “Biz müxalifətdaxili məsələlərin gündəm olmasını arzu etmirik. Biz istəyirik ki, əsas siyasi xətt ölkədəki vəziyyətlə bağlı olsun”.

E. Fəttah “Azadlıq” qəzetində Müsavat Partiyası ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: ““Azadlıq” qəzetinin Müsavat Partiyasında gedən prosesləri mənfi müstəvidə təqdim etməyə, partiyada qarşıdurma görüntüsü yaratmağa çalışmasına təəssüf edirik. Bu, uğursuz fəaliyyətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR