Liviyada iki ukraynalı həkim girovluqdan azad edilib

Liviyada iki ukraynalı həkim girovluqdan azad edilib
# 07 noyabr 2014 22:06 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Böyük səylər nəticəsində sentyabr ayında oğurlanan həkimləri azad etdik. Hazırda onlar təhlükəsiz yerdədirlər”, Klimkin özünün Twitter səhifəsində yazıb.

Sentyabrın 25-də Liviya səhiyyə nazirliyinin nümayəndələri ukraynalı həkimlər ilə əlaqənin kəsildiyi barədə məlumat vermişdilər. İlkin məlumata əsasən, həkimlər Benqazi şəhərində oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR