Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb
# 17 oktyabr 2014 12:43 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi İosif Cikia rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı"nın layihəsi razılaşdırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR