Azərbaycan millisinə Hollandiyadan futbolçu çağırılıb

Azərbaycan millisinə Hollandiyadan futbolçu çağırılıb
# 19 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət yığmamızın Sumqayıtda təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirbağır İsayev sentyabrın 25-də başa çatacaq toplanışa 22 futbolçu dəvət edib.

Dəvət olunan futbolçular arasında 5 legioner də var. Bunlar Gürcüstan, Rusiya, Almaniya, Türkiyə və Hollandiyada çıxış edənlərdir: İsmayıl Muradov (“İnter”), Tural Osmanov, Oruc İsmayılov (hər ikisi “Neftçi”), Emil Əliyev, Nicat Süleymanov, Yusif Cəfərov (hər üçü “Bakı”), Kənan Zülfiqarov, Nihat Təhməzov, Zaur Fərzəliyev, Camal Camalov (hamısı “Qarabağ”), Ravil Yusifli (“Simurq”), Ruslan Bedavi (“Saburtalo”, Gürcüstan), Elvin Dəmirov, Xəyal Əmirli, Amin Seydiyev, Hacıağa Hacıyev, Emin Səfixanov (hamısı “Qəbələ”), Səid İbadov (“Tom”, Rusiya), David Dadaşov (“Berlin”, Almaniya), Kazım Birkan (“Qazianpaşaspor”, Türkiyə), Ziya Əzizov (“Brabant Yunayted”, Hollandiya), Qara Qarayev (“Əlincə”).

Qeyd edək ki, U-17 Avropa çempionatının seçmə mərhələsində X qrupda mübarizə aparacaq. Belçika, İsveçrə, Bosniya və Herseqovina ilə qarşılaşacaq millimiz oktyabrın 23-də tsiklə start verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR