Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıb

Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıb
# 27 oktyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Bişkek-Bakı istiqamətindən birbaşa aviareysləri yerinə yetirməyə başlayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bişkekə yola düşən nümayəndə heyətinə deputat Fəttah Heydərov, Qırğızıstanın Azərbaycanda müvəqqəti işlər vəkili Ayciqit Buranov, habelə Azərbaycandakı qırğız diasporasının üzvləri daxildir.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Bişkek AZAL-ın təyyarələrinin uçacağı 38-ci şəhər olacaq. Onun sözlərinə görə, reyslər “A-320” sərnişin tipli təyyarələrdə yerinə yetirilir: “Biletlərin satış qiymətləri 386 manatdan başlayır”.

Qeyd edək ki, Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşlar həftədə iki dəfə olmaqla, çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR