Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 18 oktyabr 2014 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində, Balandin küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Vüqar Ramazanov idarə etdiyi “Nissan” markalı avtomobillə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Paşazadəni vurub və o, hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR