Azərbaycanda tanışını qətlə yetirən şəxsə hökm oxunub

Azərbaycanda tanışını qətlə yetirən şəxsə hökm oxunub
# 27 oktyabr 2014 14:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Hacıbaba Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, oxunan hökmə əsasən, H. Hacıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H. Hacıyev tanışı 24 yaşlı Pərviz Abdullayevlə mübahisə edib. Gənclər arasındakı mübahisə sonradan böyüyərək bıçaq davasına çevrilib. Bu zaman H. Hacıyev üzərində olan cib bıçağı ilə Pərvizi vurub.

Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H. Hacıyev saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. P. Abdullayevi yaxından tanıdığını deyən H. Hacıyev onu bacısı ilə görüşdüyü üçün vurduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR