Azərbaycanda bank aktivləri son bir ildə 24% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 24% artıb
# 07 avqust 2014 09:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 383,5 mln. manat və ya 24,1% artaraq 2014-cü il iyulun 1-nə 22,57 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin iyun ayı ərzində aktivlərin həcmi 429,76 mln. manat və ya 1,9% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 15 466 mln. manat və ya ümumi aktivlərin 68,5%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 905,6 mln. manat həcmində olan investisiyalar, 1 407 mln. manat həcmində olan müxbir hesabları, 854,3 mln. həcmində nağd vəsaitlər, 1 166,6 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 770 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 9 554 mln. manat depozitlər, 7 883,7 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 496,7 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 635,3 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR