Bakıda 17 yaşlı oğlan dənizdə boğulub

Bakıda 17 yaşlı oğlan dənizdə boğulub
# 11 iyun 2014 10:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 17 yaşlı oğlan dənizdə batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1997-si il təvəllüdlü İlham İmran oğlu Hüseynov Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki nəfərin batması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR