“Nar Mobile” “Bakutel” sərgisində yeniliklərini təqdim edib

“Nar Mobile” “Bakutel” sərgisində yeniliklərini təqdim edib
# 02 dekabr 2014 15:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev və yüksək rütbəli qonaq heyəti “BakuTel-2014” sərgisinin açılışında iştirak edərkən “Nar Mobile”ın stendi ilə də tanış olublar.

APA-Economics”in məlumatına görə, “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qonaqlara “Nar Mobile” stendində təqdim olunan yeniliklər barədə məlumat verib. K.Maknili “Nar Mobile”ın “Bakı 2015” I Avropa Oyunları ilə tərəfdaşlığından bəhs edərək, yarışın həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün mobil operator tərəfindən yaradılan texniki imkanlar və texnoloji yeniliklərdən bəhs edib.

Dekabrın 2-5-də keçirilən “BakuTel-2014” sərgisində “Nar Mobile” mobil operatorunun geniş ictimaiyyətə təqdim olunacaq bir neçə konsepsiya və məhsulları mövcuddur. Sərgi zamanı, “Nar Mobile” stendində müxtəlif yarışmalar keçirilir və yüzlərlə qiymətli hədiyyələr oynanılır. Qeyd etmək lazımdır ki, “Nar Mobile” stendi “Bakutel-2014” sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir.

Bu il “Nar Mobile” öz stendinin dizaynına fərqli yanaşmanı tətbiq edərək, “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş xüsusi oyun zonasını yaradıb. Dörd gün davam edən sərgiyə gələn qonaqlar üçün müxtəlif virtual oyunları oynamaq və orada istifadə olunan texnologiya sayəsində seçdikləri oyundan asılı olaraq, özlərini real meydançada, yarış yerində və ya digər məkanda hiss etmək imkanı yaradılıb.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” “Bakı 2015” I Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR