Hikmət Hacıyev: "Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Xankəndidə konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq"

Hikmət Hacıyev: "Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Xankəndidə konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq"
# 31 avqust 2015 09:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. 2 sentyabr tarixində Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir: “Ədalət və sülhdən danışan L.Kazornovkayaya xatırlatmaq istərdik ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırım əməlləri törədilib. Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib”.

Hikmət Hacıyev qeyd edib ki, konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR