Bank Of Baku

Rusiya prezidentinin Bakıya rəsmi səfəri zamanı bir sıra dövlətlərarası sənədlər imzalanacaq

Rusiya prezidentinin Bakıya rəsmi səfəri zamanı bir sıra dövlətlərarası sənədlər imzalanacaq
# 01 iyul 2008 10:11 (UTC +04:00)
Səfir imzalanacaq sənədlərin adlarını açıqlamayıb. İstratov həmçinin bildirib ki, D. Medvedyevi müxtəlif qurumların rəhbərlərindən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Son 7-8 ildə iki ölkə arasında əlaqələrin intensivləşdiyini söyləyən səfir qeyd edib ki, son aylar bu əlaqələr daha da aktivləşib. O, Dmitri Medvedyevin iki aylıq prezidentlik dövrində Bakıya rəsmi səfər etməsini bu əlaqələrin daha da aktiv inkişafına təsir göstərəcəyinə böyük ümidlər yaratdığını deyib. Danışıqlar zamanı telekanalların qarşılıqlı yayımı məsələsinin müzakirə olunub-olunmayacağı barədə sualı cavablandıran səfir deyib ki, 2-3 saat davam edəcək danışıqlar zamanı bu məsələnin müzakirə olunacağı istisna deyil. Səfir Xaçmazın Uryanoba və Xraxoba kəndlərində yaşayan Rusiya vətəndaşları ilə bağlı məsələnin danışıqlarda müzakirə olunub-olmayacağı barədə də sualı cavablandırıb: “Buna əmin deyiləm. Çünki keçən həftə Azərbaycana səfər etmiş Dağıstan prezidenti bu məsələni müzakirə edib və bu məsələnin həll olunması üçün yollar araşdırılır”. Səfirin sözlərinə görə prezidentlərin görüşündə ikitərəfli münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli və “Qazprom”un Azərbaycandan qaz alışına dair təklifi də müzakirə obyekti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR