Bank Of Baku

Vasili İstratov: “Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil”

Vasili İstratov: “Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil”
# 01 iyul 2008 11:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Cənubi Qafqaz regionunda sabitliyin pozulması bu regionun ən iri ölkəsi olan Azərbaycanın maraqlarına uyğun deyil”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərin Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsinin regionda ümumi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. O, Rusiyanın Cənubi Qafqaz respublikaları ilə tarixi, iqtisadi və mədəni əlaqələrini nəzərə alaraq bu regiondakı münaqişələrin nizamlanmasında konstruktiv rol oynadığını söyləyib. Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilərdən biri olduğunu xatırladıb: ”Biz münaqişənin həlli üçün Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə səylər göstəririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR