Bank Of Baku

Milkoş Haraşti ATƏT Daimi Şurasında Azərbaycanda söz azadlığının durumuna dair hesabatla çıxış edib

Milkoş Haraşti ATƏT Daimi Şurasında Azərbaycanda söz azadlığının durumuna dair hesabatla çıxış edib
# 03 iyul 2008 13:58 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti qurumun Daimi Şurasında Azərbaycanda söz azadlığının durumuna dair hesabatla çıxış edib. APA-nın məlumatına görə, hesabat Mikloş Haraştinin aprel ayında Bakıya səfərinin yekununa əsasən hazırlanıb. Mikloş Haraşti Azərbaycanda üç jurnalistin hələ də həbsdə olduğunu bildirib və onları azad etməyə çağırıb. O həmçinin böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılmasını da vacib sayıb. Mikloş Haraşti qeyd edib ki, seçkilər ərəfəsində söz azadlığının təmin olunması son dərəcə vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR