Bank Of Baku

Avropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq

Avropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq
# 04 iyul 2008 08:13 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Brüsseldə Avropa İttifaqı-Rusiya dialoqunun növbəti mərhələsi keçiriləcək. APA-nın məlumatına görə, danışıqların prioritetlərindən biri Rusiya və Avropa İttifaqının dondurulmuş münaqişələrin nizamlanmasında əməkdaşlığı olacaq. Tərəflər əsasən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması prosesini gözdən keçirəcəklər. Qeyd edək ki, Avropa İttifaqına hazırda sədrlik edən Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Danışıqlarda Avropa İttifaqının nümayəndə heyətinə Benita Ferrero-Valdner, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR