Bank Of Baku

Səfir Nikoloz Natbiladze: “Strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə çağırırıq”

Səfir Nikoloz Natbiladze: “Strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə çağırırıq”
# 09 avqust 2008 15:16 (UTC +04:00)
APA-nın məlumatına görə, N. Natbiladze mətbuat konfransında bəyanatla çıxış edib: “Biz beynəlxalq ictimaiyyəti və strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə, Rusiyadan atəşi dayandırmağı tələb etməyə çağırırıq”. Səfir avqustun 8-9-da Gürcüstanın hərbi təcavüzün qurbanı olduğunu, Rusiya hərbi təyyarələrinin təkcə hərbi bazaları deyil, Qori, Kareli, Marneuli kimi yaşayış məntəqələrini də bombaladığını bildirib. Diplomat Rusiyanın separatçılara həm pasport, həm də silah verərək onları himayə etdiyini söyləyib. Döyüşlərin davam etdiyini vurğulayan N. Natbiladze Sxinvaliyə gürcü qüvvələrinin nəzarət etdiyini, yalnız Cavi kəndi və Rok tunelinin Rusiya qoşunlarının nəzarətində olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstan ərazisindən keçən boru kəmərləri və kommunikasiya xətləri zədələnməyib və normal fəaliyyət göstərir. N. Natbiladze sonda Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edən Azərbaycana təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR