Bank Of Baku

Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin nümayəndə heyətini qəbul edib
# 15 oktyabr 2008 05:12 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin Avropa İttifaqı tərəfindən həmsədri xanım Mari An İşler Begənı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Avropalı qonaq parlamentlərarası intensiv əlaqələrin mövcudluğundan məmnunluğunu söyləyərək cari ilin 6-7 oktyabr tarixlərində bu komitənin Brüsseldə keçirilmiş son iclası zamanı aparılmış müzakirələrin və qəbul edilmiş bəyanatın əməkdaşlığın perspektivləri üçün vacibliyini diqqətə çatdırıb. Son zamanlar regionda baş vermiş hadisələrdən sonra Avropa Parlamenti tərəfindən dondurulmuş münaqişələrə daha çox diqqət yetirilməsinin tələb olduğunu söyləyən xanım Begən, münaqişələrin həllinə dair səylərin artırılmasının vacibliyini vurğulayıb. Cənubi Qafqazda mövcud uzadılmış münaqişələrin regionda təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişafa başlıca maneə olduğunu vurğulayan nazir Məmmədyarov əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin mümkünlüyünü bildirib. Nazir Məmmədyarov habelə, Cənubi Qafqazda təhlükəsizlik, qarşılıqlı anlaşma və inkişafın təmin olunması istiqamətində Avropa İttifaqının səylərinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər ölkədə seçkiqabağı vəziyyət, Azərbaycanda enerji layihələrinin həyata keçirilməsi, qeyri-neft sektorunun, xüsusilə də turizm potensialının inkişafı və digər ümumi maraq kəsb edən məsələlərə də toxunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR