Bank Of Baku

Ukraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib

Ukraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib
# 29 may 2008 10:50 (UTC +04:00)
İki ölkə arasında əməkdaşlığın böyük imkanlarından danışan səfir iqtisadi əlaqələrin hazırkı səviyyəsinin real potensiala uyğun gəlmədiyini deyib. O bildirib ki, yalnız neft-qaz sahəsində yox, kənd təsərrüfatından tutmuş kosmos sahəsinə kimi ikitərəfli əməkdaşlıq mümkündür. “Odessa-Brodı” və “Bəyaz axın” layihələrinin yaxşı perspektivi olduğunu söyləyən B. Klimçuk “Odessa-Brodı” boru kəmərinə Azərbaycan neftinin doldurulmasından öncə təxminən 50-100 min ton Azərbaycan neftinin Ukraynanın zavodlarında emal olunacağını açıqlayıb. Diplomat bu il Bakıda ilk dəfə nəşr olunmuş “Ukrayna-Azərbaycan tədris lüğəti”nin yenidən nəşrinə ehtiyac yarandığını vurğulayıb. O, noyabrda Bakıda keçiriləcək 4-cü enerji sammitinə qədər bu lüğətin təkrar çapına və Azərbaycan-Ukrayna lüğətinin nəşrinə nail olacağını deyib. B. Klimçuk səfirlik binasının tikintisi üçün Bakının Fəhlə prospektində 0,85 hektar ərazi ayrıldığını, Azərbaycan memarları tərəfindən Ukrayna arxitekturası da nəzərə alınmaqla layihə hazırlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR