Bank Of Baku

Vasili İstratov: “Ümidvarıq ki, Rusiya prezidenti Dmitri Medvedev bu il Azərbaycana rəsmi səfər edəcək”

Vasili İstratov: “Ümidvarıq ki, Rusiya prezidenti Dmitri Medvedev bu il Azərbaycana rəsmi səfər edəcək”
# 04 iyun 2008 09:46 (UTC +04:00)
O qeyd edib ki, iyunun 6-da Rusiya və Azərbaycan prezidentləri Sankt-Peterburqda MDB-nin qeyri-formal sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər. Xatırladaq ki, Dmitri Medvedev prezident seçiləndən sonra dövlət başçısı İlham Əliyev onu Azərbaycana rəsmi səfərə dəvət edib. Səfir baş nazir Vladimir Putinin də Azərbaycana dəvət olunduğunu və bu dəvətin qəbul olunduğunu bildirib. Lakin o, Vladimir Putinin Azərbaycana səfərinin nə vaxt həyata keçiriləcəyi barədə məlumat verməyib. Onun sözlərinə görə, bu ay Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqda qadınların rolu” adlı konfransda və Milli Məclisin 90 illiyi ilə bağlı tədbirlərdə Rusiyadan nümayəndə heyətləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR