Bank Of Baku

Vasili İstratov: “Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur”

Vasili İstratov: “Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur”
# 04 iyun 2008 10:35 (UTC +04:00)
APA-nın məlumatına görə, “Qazprom” şirkətinin Azərbaycan rəhbərliyi ilə danışıqlarını şərh edən səfir bildirib ki, şirkət Azərbaycandan Avropa qiymətləri ilə təbii qaz almaq və bununla bağlı uzunmüddətli saziş imzalamaq istəyir: “Qərarı Azərbaycan verməlidir”. Rusiyanın Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edib-etmədiyi haqda sualı cavablandıran diplomat onda belə məlumat olmadığını deyib. Azərbaycanın Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının probleminə toxunan V. İstratov hesab edir ki, bu məsələ sərt qərarlar qəbul olunmadan həllini tapmalıdır. “Soydaşların qayıdış proqramı” çərçivəsində Azərbaycandan Rusiyaya nə qədər rusun köçməsi ilə bağlı suala cavab verən səfir kütləvi axının müşahidə olunmadığını, gedənlərin sayının onlarla olduğunu söyləyib. Azərbaycanın regionlarına səfərindən danışan V. İstratovun sözlərinə görə, yaxın aylarda Gəncə, Lənkəran, Şəki və Naxçıvanda rus ədəbiyyatı mərkəzləri yaradılacaq. O, Azərbaycanda rus dilinə marağın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Televiziya kanallarının qarşılıqlı yayımı barədə danışıqların bərpa olunub-olunmadığı barədə sualı cavablandıran səfir bildirib ki, bu məsələ ilə bağlı hansısa canlanma barədə məlumata malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR