ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn

© APA | ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn

# 26 iyun 2024 17:50 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O'Brayn iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərinə səfərdə olacaq.

"ABŞ dövlət katibinin köməkçisi O'Brayn Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına istiqamətində verdiyi dəstəyi vurğulayacaq. Dövlət katibinin köməkçisi O'Brayn Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR