Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Azərbaycana gəlib - FOTO - YENİLƏNİB - VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycana gəlib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 10 fevral 2026 17:35 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

***

16:14

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfərini başa vurub.

APA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.

Qeyd edək ki, Ceyms Devid Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR