Bank Of Baku

AK: Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması Avropa ilə Mərkəzi Asiyanı daha da yaxınlaşdıracaq

Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen

# 04 aprel 2025 10:53 (UTC +04:00)

Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen Avropa İttifaqı-Mərkəzi Asiya Sammitində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyətindən danışıb.

APA xəbər verir ki, Ursula von der Leyen bu dəhlizin Avropa ilə 5 Mərkəzi Asiya ölkəsi arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

“Getdikcə parçalanan dünyada Transxəzər Nəqliyyat Dəhlizi sizin ölkələrinizlə (Mərkəzi Asiyadakı 5 dövlət) Avropa arasında əlaqələri gücləndirəcək. Ancaq infrastruktur hər şey deyil”, – Ursula von der Leyen qeyd edib.

O, eyni zamanda, bu dəhlizin effektivliyi üçün region ölkələri arasında sərhəd keçidlərinin asanlaşdırılmasının vacibliyini vurğulayıb: “Həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz ölkələri ilə sərhəd keçidi Qara dənizə çatmaq üçün vacibdir”.

Avropa Komissiyasının Prezidenti Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, 30 ildən sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması vəziyyəti köklü şəkildə dəyişə bilər: “Bu, oyunu dəyişdirəcək. Bu, Avropa ilə Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR