Bank Of Baku

Andrey Sibiqa Bakıda Rusiyanın Ukraynaya son hücumu barədə danışıb

Andrey Sibiqa, Ukraynanın xarici işlər naziri

© APA | Andrey Sibiqa, Ukraynanın xarici işlər naziri

# 25 may 2025 13:30 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda Rusiyanın Ukraynaya son hücumu barədə danışıb.

APA xəbər verir ki, Ukraynanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib ki, uzun müddətdir Bakıda olmamışdı, Azərbaycandakı inkişaf onu çox təəccübləndirdi: "Azərbaycana yola düşərkən Rusiya Ukrayna və Kiyevə qarşı ən amansız hücumlardan birini həyata keçirdi. Təəssüf ki, yaralananlar və həyatını itirənlər var. Bu, Rusiyanın bütün sülh təşəbbüslərinə cavabıdır. Raketlər və dronlar mənim evimin üzərindən keçirdi, bir anlıq düşündüm ki, səfəri təxirə salım”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR