Paşha Bank
Bank Of Baku

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub
# 30 sentyabr 2026 20:20 (UTC +04:00)

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Məlumata əsasən, görüşdə əsas diqqət həm ikitərəfli, həm də regional səviyyədə enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.

Müzakirələr zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən, 4000 MVt gücündə elektrik enerjisinin ötürülməsi sisteminin yaradılmasını və Cənubi Qafqazdan Avropaya bərpa olunan enerjinin ixracını hədəfləyən "yaşıl enerji dəhlizi" təşəbbüsünə toxunulub.

Tərəflər həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə ediblər. Qeyd olunub ki, bu layihənin icrasına 2025-ci ildə başlanılıb və onun tamamilə quru yolu ilə keçən "yaşıl dəhliz" kimi inkişaf etdirilməsi nəzərdə tutulub.

Tərəflər görüşün sonunda regional iqtisadi artıma, investisiyaların cəlbinə təkan verəcək və daha dayanıqlı enerji gələcəyini təmin edəcək birgə layihələrin uğurla həyata keçirilməsi istiqamətində fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR