Bank Of Baku

Azərbaycan Ukraynanın bərpasına dair konfransda iştirak edəcək

Azərbaycan Ukraynanın bərpasına dair konfransda iştirak edəcək
# 25 may 2025 13:24 (UTC +04:00)

Azərbaycan Ukraynanın bərpasına dair konfransda iştirak edəcək.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan müharibənin ilk günündən Ukraynaya humanitar yardım edir, yalnız dövlət mənbələrindən 40 milyon dollara yaxın humanitar yardım edilib: "Bu humanitar yardımlar davam edəcək. Yaxın vaxtlarda Ukraynanın bərpasına həs olunan konfrans keçiriləcək və Azərbaycan bu konfransda iştirak edəcək”.

Andrey Sibiqa isə qeyd edib ki, 10-11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanlı nümayəndə heyətinin iştirakını müzakirə ediblər: "Ukraynanın müharibədən sonrakı bərpası XXI əsrin ən böyük investisiya layihələrindən biri olacaq. Bu prosesdə Azərbaycanla tərəfdaşlığa ümid edirik. Biz bu barədə həmkarımla danışdıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR