Gələn il Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlər baxımından çox önəmli tarixdir. Çünki diplomatik əlaqələrin qurulmasının 30 illiyidir.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, yaşıl enerji, əczaçılıq və digər sahələr üzrə əməkdaşlığa çox böyük ümidlə baxırlar: “Əczaçılıq sahəsində Sloveniya dünyada mühüm yerlərdən birini tutur. Biz birgə istehsalı da müzakirə edirik. Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Sloveniya limanları ilə əlaqələrin genişlənməsini də müzakirə etdik. Bu gün ilk dəfə olaraq keçirilən İşçi Qrupun iclası birgə layihələrə təkan verməsi üçün mühüm olacaq. 2026-cı yubiley ilində başlanmış proseslərin əməli nəticələrini görəcəyimizə ümid edirik”.