Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər çərçivəsində Xudavəng monastır kompleksini ziyarət ediblər.
APA xəbər verir ki, qonaqlar monastır kompleksi və ətraf ərazi ilə yaxından tanış olublar.
Diplomatlara qədim alban məbədi olan Xudavəng monastır kompleksinin tarixi barədə geniş məlumat verilib.
O da diqqətə çatdırılıb ki, erməni işğalı dövründə monastır vandallığa məruz qalıb, işğalçılar Xudavəng monastır kompleksinin zənglərini, freskalarını, xaçdaşlarını, xalçalarını və daş kitabələrini sökərək talan ediblər.
Ermənilərin işğal dövründə törətdikləri digər vandallıq əməlləri də qonaqların diqqətinə çatdırılıb.