BMT-nin missiyası Qarabağa gəlib - FOTO - VİDEO

BMT-nin missiyası Qarabağa gəlib - FOTO  - VİDEO
# 01 oktyabr 2023 09:57 (UTC +04:00)

BMT-nin missiyası Qarabağa gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

BMT missiyası Xankəndinə keçdilər.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Emin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR