Bank Of Baku

BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib

BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
# 24 fevral 2025 17:36 (UTC +04:00)

Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbərliyi arasında görüş keçirilib.

APA xəbər verir ki, görüşdə BMTM İdarə Heyətinin sədri Fərid ŞəfiyevBakı Təşəbbüs Qrupunun rəhbərliyi iştirak edib.

Fərid Şəfiyevin çıxışı

Fərid Şəfiyev dənizaşırı ölkələrdən olan jurnalistlərin ölkəmizə səfərinin mühüm önəm daşıdığın qeyd edib, Fransa müstəmləkələrindən olan media nümayəndələrini BMTM barəsində məlumatlandırıb.

”Biz bu yaxınlarda ikitərəfli münasibətlər, bu problemin necə yarandığı və bu problemin öhdəsindən necə gəlmək barədə danışmaq üçün fransız ekspertlərini dəvət etmişik”, - o qeyd edib.

Qlobal böhranlar və onların təsiri

Fərid Şəfiyev hazırda Şimalda və cənubda qlobal böhranların hökm sürdüyünü vurğulayıb: “Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən gərginlik dolayı yolla əslində Azərbaycana da təsir edir. Biz isə davamlı sülh və əməkdaşlıqda maraqlıyıq”.

Müzakirələr və suallar

Sonda Fərid Şəfiyev Fransa müstəmləkələrindən olan media nümayəndələrinin sualların cavablandırıb. Fransa koloniyalarında insan hüquqları vəziyyətinin gücləndirilməsi və koloniya xalqlarının səsini beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara çatdırmaq məsələlərində fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR