Bank Of Baku

Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib

Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib
# 15 noyabr 2024 11:47 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib.

APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.

“Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən demək olar hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz indi ancaq Konfransın uğuruna köklənməliyik”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR