Bank Of Baku

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalmasına görə Bakı limanında dərinləşmə işləri görülür

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

# 26 oktyabr 2026 13:28 (UTC +04:00)

"Xəzər dənizində suyun səviyyəsinin azalmasına görə portlarda, Bakı limanında dərinləşmə işləri həyata keçirilir”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Niderlandın portların idarəetməsində təcrübəsi var: "Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi ilə bağlı bir sıra portlarda, o cümlədən Bakı Limanında da müntəzəm şəkildə dibdərinləşdirmə işləri həyata keçirilir. Bunun üçün xüsusi ixtisaslaşmış texnika lazımdır və burada da onun yaradılması, gəmiçilik sahəsində ekspertizanın təqdim edilməsi sahəsində, hesab edirik ki, böyük potensial mövcuddur.
Əminəm ki, bu sahədən olan mütəxəssislər daha geniş perspektivləri görürlər və bu müzakirələrə davam edirlər”.

Ceyhun Bayramov həmçinin Azərbaycanda su ehtiyatlarının daha effektiv idarəsi ilə bağlı dövlət proqramının icra olunduğunu deyib. Nazir vurğulayıb ki, su sahəsində Niderlandla əməkdaşlıq mümkündür: “Bu sahədə potensial var, Azərbaycan tərəfində də buna ehtiyac duyulur. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi istisna deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR