Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir
# 03 iyul 2024 04:51 (UTC +04:00)

Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavab verərkən bildirib.

“Cənubi Qafqazdakı məsələyə dair geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər”,- deyə o, vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR