Bank Of Baku

Fərid Şəfiyev: Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur

Fərid Şəfiyev: Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur
# 31 yanvar 2025 11:57 (UTC +04:00)

Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur. Fransa ilə bağlı araşdırmalar vacibdir.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O, ikitərəfli münasibətlərdə yaranan böhranın səbəbin təkcə erməni diasporu olmadığını bildirib:

“Həqiqətdir ki, bu faktorda erməni diasporunun rolu haradasa 60-70 faiz təşkil edir. Məni təəssüfləndirən məqam odur ki, Fransa erməni revanşizmini alovlandırır və ona açıq şəkildə ciddi dəstək verir. Rəsmi Paris birmənalı olaraq Ermənistana dəstək göstərdiyini aşkar surətdə bəyan edir. Onlar hətta rəsmi İrəvanı silah-sursatla təchiz etdiyini də gizlətmirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR