Bank Of Baku

Hikmət Hacıyev Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin XİN nümayəndələri ilə görüşüb

Hikmət Hacıyev Şimali Avropa-Baltik əməkdaşlıq formatına daxil olan ölkələrin XİN nümayəndələri ilə görüşüb
# 19 mart 2026 17:00 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində bildirib.

Hikmət Hacıyev görüş zamanı səmərəli fikir mübadiləsi apardıqlarını qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, "Nordic-Baltic Eight (NB8)" ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorlarının Azərbaycana ikinci belə səfəridir.

O, "Nordic-Baltic Eight (NB8)" ölkələri ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin davamlı şəkildə inkişaf etməsindən məmnunluğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR