Hindistanlı araşdırmaçı: Qadınlar müasirlik və konservativ keçmiş arasında qalıblar

Hindistanlı araşdırmaçı: Qadınlar müasirlik və konservativ keçmiş arasında qalıblar
# 20 noyabr 2023 17:21 (UTC +04:00)

“Qadın hərəkatları Türkiyədə bir çox uğurlara imza atıb. Qadın hüquqlarını müdafiə edən və cins fərqi qoymayan təşkilatlar mütləq dövlət təşkilatları ilə paralel və birlikdə işləməlidirlər”.

APA xəbər ki, bunu Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransı çərçivəsində keçirilən “Qadınların hüquqlarının və səlahiyyətlərinin artırılmasında qeyri-dövlət aktorlarının rolu” adlı panel müzakirəsində Türkiyə Qadın Hüquqları Federasiyasının prezidenti Canay Güllü deyib.

O, Türkiyə Qadın Hüquqları Federasiyası üçün qadın hərəkatları ilə dövlət qurumlarının dialoqunun təşkilinin vacibliyini vurğulayıb: “İstəyirik ki, dövlət qurumları və bələdiyyə rəhbərliyində qadınlar təmsil olsunlar. Bu gün Türkiyədə qadına qarşı şiddətin qarşısını almaq üçün proqramlar tətbiq edir, qadınların hüquqlarının müdafiəsi üçün brend firmalarla müqavilələr bağlamışıq”.

Hindistanlı araşdırmaçı Saira Şah Halim isə "Müasir Hindistanda qadınların təkamülü müstəqillikdən indiyə qədər" adlı çıxışında qeyd edib ki, ölkəsi son vaxtlar sürətlə inkişaf etməkdədir. Saira Şah Halim Hindistanın qadınların hüquqlarının, eləcə də kişi və qadın bərabərliyi üçün xüsusi olaraq çalışdığını, bununla bağlı mübarizə apardığını deyib: “1980-90-cı illərlə müqayisədə müəyyən uğurların əldə olunub. Sonrakı illərdə ailə planlanması kimi vacib qərarlar qəbul edildi. Bu həm də ailənin iqtisadi vəziyyətinin müsbət istiqamətdə dəyişməsi deməkdir. Əgər qadınların mövqeyini analiz etsək görərik ki, onlar müasirlik və konservativ keçmiş arasında qalıblar. Əgər kompüter elmlərini öyrənsələr, gələcəkdə yarana biləcək cins fərqliliyini aradan qaldıracaqlar”.

Uqanda Qadın Şəbəkəsinin icraçı direktoru Rita Aciro Lakor ölkəsindən qadınların hüquqları ilə bağlı məsələyə toxunarkən deyib ki, Şəbəkə ölkəsində bu sahədə təminat və zorakılığa məruz qalmış qadınlarla bağlı birbaşa dəstək mexanizmi göstərməkdədir: “Dövlətim təmin etmədiyi bütün tədbirlər demək olar ki, tərəfimizdən həyata keçirilir. Qadınlara qarşı zorakılığın da getdikcə azaldığını görməkdəyik. Bəli, bütün bu işlərin nəticəsində onu deyə bilərik ki, görməli olduğumuz işlər müəyyən məsələlərə görə gecikir və ya mümkün olmur. Həyata keçirdiyimiz tədbirlərdə qadınlar birləşir, səfərbər olur. Biz xüsusilə işimizin keyfiyyətini yüksəkdə tutmaqda çalışırıq”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR