Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
APA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri “Facebook”da bildirib.
Gideon Saar Birinci Qarabağ müharibəsində həlak olan Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını da ziyarət edib.
“Albert Aqarunovun dəfn mərasimində ravvinlərlə yanaşı müsəlman din xadimləri də iştirak ediblər”, - nazir vurğulayıb.
O, "Əbədi məşəl" abidəsinin və Zəfər abidəsinin önünə əklil qoyub.