İsveç səfiri Luis Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
APA xəbər verir ki, bu barədə İsveç səfirliyi məlumat yayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər və İsveç-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.