“2023-cü il 6 fevralda yaşadığımız zəlzələ hamımızı dərindən sarsıtdı. Bu zaman dost ölkələrin, xüsusilə can Azərbaycanın verdiyi dəstək müstəsna yer tutur”.
APA-nın Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində vali Mükərrəm Ünlüer deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə dostluğu bu müddət ərzində daha da güclənib: “Bu gün burada çox sayda vətəndaşımıza evlərini təqdim edəcəyik. Bu binalar gələcəyə ümidlə baxmağın, dövlətimizin gücünün simvoludur. Prezident Rəcəb Tayyib Ərdoğana və can Azərbaycanın Prezidenti ilham Əliyevə verdikləri dəstəyə görə təşəkkür edirik”.