Bank Of Baku

Kobaxidze: Gürcüstan bölgədə sülh səylərini əsirgəməyəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 04 mart 2026 12:58 (UTC +04:00)

Gürcüstan regionda sülh və sabitliyə töhfə verməyə hazırdır və bu baxımdan səylərini əsirgəməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla birgə mətbuata açıqlamasında deyib.

O, Gürcüstanın regionda əməkdaşlığın inkişafı ilə bağı çox müsbət dinamikadan məmnun olduğunu bildirib.

"Biz hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında Ermənistanla Azərbaycan arasında tarixi sülh sazişinin paraflandığını vurğuladıq. Bu müsbət tendensiyalar bölgəmizdə süh və sabitliyi təmin etmək üçün birgə işləmək üçün çox yaxşı zəmin yaradır", - Kobaxidze əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR