Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə iş gedir.
Bunu APA-nın sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin ilkin müsbət nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.
Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.