19 dekabr 2024-cü il tarixində onlayn formatda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclası keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak və çıxış edib.
Yalçın Rəfiyev çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi Təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini və ölkəmizin Təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəklədiyini vurğulayıb.
Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.
Cari ilin 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatıdırılıb.
2025-ci ildə QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.
Tədbirin yekununda hazırki iclasın protokolu, bir sıra vacib qərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycan Respublikasına təhvil verilib.
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verilib
Xarici siyasət
Haqqında cinayət işi açılan türkiyəli köşə yazarı Azərbaycandan üzr istədi: Sözlərimlə inciklik yaratdığım üçün peşmanam
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
Xəbər Lenti
KİV: Tramp Keti Zakarianı təyinatından cəmi beş gün sonra işdən çıxarıb
ABŞ-ın büdcə kəsiri 2 trilyon dollara yaxınlaşıb
Azərbaycan QHT-si son günlərdə Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edib
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Tramp Ağ Evin Kiyevin “Starshield”ə çıxışının məhdudlaşdırılmasında iştirakını təkzib edib
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Pezeşkian: Ermənistanla birgə strateji sənədin hazırlanmasını müzakirə etdik
Putin Roma Papası ilə telefon danışığı aparıb
Putin: Rusiya qoşunlarının irəliləmə tempi artıb
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Haqqında cinayət işi açılan türkiyəli köşə yazarı Azərbaycandan üzr istədi: Sözlərimlə inciklik yaratdığım üçün peşmanam
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı paylaşım edilib
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Vaqif” operası nümayiş olunub
EPF koalisiyası: Ekosid törətmiş bir ölkənin COP17-yə ev sahibliyi ikili standartdan başqa bir şey deyil
"Neftçi" "Qarabağ"la matç üçün azarkeşlərinə müraciət edib
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
BQXK Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevə hələ baş çəkməyib
Ağır cinayətlərin törədilməsinə görə cəzanın təxirə salınmasına dair qadağaya aydınlıq gətirilib
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
Taleh Kazımov maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsini açıqlayıb
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var
PAŞA Bankın dəstəyi ilə yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi keçirilib
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur
Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub - YENİLƏNİB-3
Xankəndidə Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu başlayıb- YENİLƏNİB
BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
Ziraat Bank Azərbaycanın 15 mln. manatlıq istiqrazlarının II tranşına abunə başladı
Metsamor AES-in baş direktoru: Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir
Məzarsız atanın neftçi oğlu: Qara Qızılın Vətən Payı
Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Rusiya Enerji Həftəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi müzakirə olunub
İsmayıllıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb - FOTO
Ukraynanın dron hücumlarından sonra Moskva aeroportlarında sıxlıq yaranıb - FOTO
ƏSF ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi arasında memorandum imzalanıb
Gömrükdə nüfuz alverində ittiham edilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Neft Fondu neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - EKSKLÜZİV
Lavrov Əfqanıstandan Rusiyanı təhdid üçün istifadə etmək planları barədə xəbərdarlıq edib
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb