Səfir Qasim Mohiuddin: Hindistan müsəlmanlara qarşı qeyri-insani addımlar atır

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin

© APA | Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin

# 08 may 2025 15:29 (UTC +04:00)

Hindistanda davamlı olaraq qeyri-qanuni barbarlıq aksiyaları baş verir, dünya isə susur. Necə ki, illər boyu Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətcə susmuşdular, indi də eyni yanaşmanı nümayiş etdirirlər”.

APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.

O bildirib ki, münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir:

“Hindistan hökuməti müsəlmanlara qarşı qeyri-insani addımlar atır. Bu məsələyə münasibətdə beynəlxalq hüquqa və prinsiplərə əməl olunmur. Hindistan əslində heç bir halda super güc deyil. Bunu biz anlayırıq, onu dəstəkləyənlər də anlamalıdır”.

Səfir bildirib ki, Hindistan tərəfindən Hind Su Müqaviləsinin dayandırılması son dərəcə qeyri-qanuni addımdır və bu kimi əməllər sülhə xidməti etmək əvəzinə eskalasiyanı daha da dərinləşdirir.

Diplomat sözügedən müqaviləyə Dünya Bankının zəmanət verdiyini, lakin Hindistanın bu sənədi gözardı etdiyi diqqətə çatdırıb: "Bir ölkənin əsas hüququnu, su müqaviləsini ləğv edərək onun əsas hüquqlarından birini pozmaq necə ola bilər? Bu, heç bir şəkildə mümkün ola bilməz. Pakistan Hindistanın bu mövqeyinə səssiz qala bilməz. Belə addımlar bəşəriyyət əleyhinə cinayətdir. Hindistan tərəfi qeyri-qanuni olaraq 240 milyon nəfər dinc əhalinin həyatını təhdid edir".

O ölkəsinin dialoqa hər zaman açıq olduğunu xatırladıb: "Biz dialoqa və sülhə hazırıq. Heç kəsə sirr deyil ki, baş verənlərə görə məsuliyyəti Hindistan tərəfi daşıyır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR