Bank Of Baku

Şimali Makedoniya Prezidenti: Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova

© APA | Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova

# 13 mart 2025 10:55 (UTC +04:00)

Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bildirib.

Şimali Makedoniya Prezidenti deyib ki, yeni qaydaların nəyə əsaslandığı hələ məlum deyil: “Ümumiyyətlə, böhranların, qarşıdakı çağırışların öhdəsindən gələ biləcəyikmi? Gələcək nəsillər üçün hansı dünyanı quracağıq? Mən şadam ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən bu Forumda fikirlərimizi bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR