Şolts Almaniyada ksenofobiya hallarına münasibət bildirib

Şolts Almaniyada ksenofobiya hallarına münasibət bildirib
# 26 aprel 2024 15:06 (UTC +04:00)

Ksenofobiya məsələsinə Almaniya çox böyük diqqətlə yanaşır, maarifləndirmə tədbirləri həyata keçirilir, müsəlmanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün əlimizdən gələni edirik.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ölkəsində son dövrlər müşahidə olunan ksenofobiya halları ilə bağlı sualı cavablandırarkən bildirib.

Olaf Şolts deyib ki, Almaniyada bir çox xalqların üzvləri sülh şəraitində yaşayır: “Almaniyada dini fərqlər heç bir rol oynamır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR