UNESCAP-ın Bakıda keçiriləcək 82-ci sessiyasına hazırlıq müzakirə olunub

UNESCAP-ın Bakıda keçiriləcək 82-ci sessiyasına hazırlıq müzakirə olunub
# 05 iyul 2025 13:03 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib.

Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR